AZ EN RU

Lider qızların Naxçıvana səfəri davam edir

    “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin lider qızlarının Naxçıvana səfərinin 2-ci günündə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, onun nümayəndə heyəti və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 11 nəfərdən ibarət həssas qrupdan olan lider qızların növbəti görüşü Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar həkim Yazgül Rzayeva ilə olub.
    Görüş zamanı İnsan Hüquqları üzrə Müvəkkil Günay Rzayeva Ombudsman Təsisatı haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə böyük diqqətlə yanaşılır. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq insan hüquq və azadlıqlarının təmini məsələsinə xüsusilə diqqət yetirilib.
    Müvəkkil Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin də bu sahəyə hər zaman xüsusi önəm verdiyini, Onun rəhbərliyi ilə ölkəmizdə insan hüquqları sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib.    
    Görüş qonaqlarla çay süfrəsi arxasında davam edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı  tərəfindən uşaqlarla motivasiya xarakterli söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda qızların hazırladığı Naxçıvanın qədim abidələrinin əks olunduğu tablo Günay Malikqızına təqdim olunub.

Bülbül Quliyeva

Nəşr edilib : 22.12.2023 17:24