AZ EN RU

Lənkəran Dövlət Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayeva Məlahət Əli qızı

Mahmudov Kamal Fətulla oğlu

Şahqubadbəyli Ənvər Xandadaş oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2022-ci il

Nəşr edilib : 25.11.2022 15:46