AZ EN RU

Lavrov və Çavuşoğlu arasında görüş olub

Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qalstuksuz format", - nazirliyin teleqram kanalı vurğulayıb.

Qeyd edək ki, daha öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub.

Xatırladaq ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.

Nəşr edilib : 10.03.2022 14:21