AZ EN RU

Lavrov: “Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”

“Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.

"Bizim səylərimiz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, humanitar problemlərin həllinə, iqtisadi nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlib", - Lavrov bildirib.

Diplomat, həmçinin qeyd edib ki, Moskva sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazırdır.

Nəşr edilib : 25.07.2023 18:31