AZ EN RU

Latviya Parlamentinin sədri Şuşaya gəlib

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə gəlib. 

Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət edirlər.

Nəşr edilib : 19.05.2024 17:41