AZ EN RU

Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə

Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2023-cü il

Nəşr edilib : 02.12.2023 12:17