AZ EN RU

Laçında qəzada həlak olanlar “Azərenerji” ASC-nin əməkdaşları deyil - Açıqlama

Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.

“AzərEnerji” ASC-dən bildirilib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.

Nəşr edilib : 19.09.2023 11:49