AZ EN RU

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib.

"Şərq qapısı" xəbər verir ki, əsgər Ruslan Pənahov bu gün Azərbaycana təhvil verilib. 

“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.

Bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:

“Bilirdim ki, məni əsirlikdən xilas edəcək".

Nəşr edilib : 05.03.2024 15:29