AZ EN RU

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Laçında 28 May Müstəqillik Gününə həsr olunan futbol turniri Keçirilib. Turnir Laçın Rayon Gənclər və İdman sektorunun təşkilatçılığı İlə gerçəkləşib.
Final yarışının açılış mərasimində əvvəlcə Dövlət Himn səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər komandalara uğurlar arzulayıblar.
Qeyd edək ki, futbol turnirinin 1/4 final mərhələsində Laçının “Mərkiz” futbol klubu, Laçın şəhər 2 nömrəli tam orta məktəbin “Həkəri” komandası ilə qarşılaşıb və yarış “Mərkiz”in 2-1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda isə “Zabux” futbol klubu və Laçının “Zəngəzur” komandası üz-üzə gəlib, “Zabux” 2-1 hesabı ilə qalib olub. “Mərkiz” və “Zabux” komandalarının final qarşılaşmasında isə 4-0 hesab ilə “Mərkiz” komandası turnirin qalibi olub.
Beləliklə Laçında 32 ildən sonra ilk futbol turnirinin qalibi olaraq “Mərkiz” komandası tarixə imza atıb. Turnirdə Laçın şəhər 2 nömrəli məktəbin “Həkəri” komandası isə 3-cü yerdə qərarlaşıb.
Yarışın sonunda qalib komandaya kubok və medallar təqdim olunub.

Nəşr edilib : 27.05.2024 21:58