AZ EN RU

Laçın yenidən ağ örpəyə bürünür

Laçın, 13 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Laçında yanvar ayının ikinci qarı yağır. Dağlar qoynunda yerləşən şəhər yenidən ağ örpəyə bürünür.

AZƏRTAC-ın Laçına ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında başlayan sulu qar saat 9 radələrində qara çevrilərək qısa müddətdə hər tərəfi ağ örpəyə bürüyüb. Həmçinin silsilə dağlar arasında yaranan bulud qatı şəhərin gözəlliyini daha da artırıb.

Qeyd edək ki, Laçına mövsümün ilk qarı 2023-cü il dekabrın 19-da yağıb. Yeni ilin yanvar ayında isə artıq ikinci dəfədir ki, Laçın ağ örpəyə bürünür. Laçından olan ən son kadrları təqdim edirik.

Nəşr edilib : 13.01.2024 11:27