AZ EN RU

“Labirint həll edən robotlar” mövzusunda növbəti interaktiv dərs keçilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazır­lanmış qrafikə uyğun olaraq dekabrın 14-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil edilib. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçilib. Təhsil Nazirliyinin təlimçisi Nailə Kazımova tərəfindən keçirilən interaktiv dərs dekabr ayında reallaşdırılacaq “Labirint həll edən robot” müsabiqəsinə hazırlıq məqsədi daşıyır. Dərsdə müsabiqəyə necə hazırlaşmaq, hansı alqoritmi qurmaq və necə kodlaşdırma etmək kimi məsələlərə toxunulub. Dərs şagirdlər üçün həm öyrədici, həm də yarışlara hazırlıq üçün motivasiya xarakteri daşıyır. 
    Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 112 təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.12.2022 20:30