AZ EN RU

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Bu barədə Xidmətdən məlumat verilib.

Sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Nəşr edilib : 18.06.2024 15:30