AZ EN RU

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

İyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sinoptiklərin məlumatına görə, Naxçıvan Muxtar Respublikası, Gəncə, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Nəşr edilib : 10.06.2024 17:26