AZ EN RU

Kükülüləri narahat edən məsələ həllini tapdı

    “Şərq qapısı” qəzetinin rəsmi internet saytında 23 yanvar 2023-cü il tarixdə işıq üzü görən “Kükülüləri narahat edən məsələ həllini tapacaqmı?” tənqidi yazısında gündəmə gətirilən məsələ öz həllini tapdı. “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Müfəttişlik və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzovun qəzetə verdiyi məlumata görə, artıq fevral ayının 1-dən etibarən Naxçıvan-Kükü istiqamətində 3-cü marşrut xətti açılıb.
    Qeyd edək ki, əvvəllər Naxçıvan-Kükü və əks-istiqamətə gündəlik yalnız 2 dəfə mikroavtobuslar sərnişinlərə nəqliyyat xidməti göstərirdi. Günorta saat 2-dən sonra isə, ümumiyyətlə, sakinlərin kəndə qayıtmaq imkanı kəsilirdi. Bu, xüsusilə iş vaxtı axşam saatlarında yekunlaşanlar, ikinci növbə təhsil alan tələbələr üçün maddi çətinliklər yaradırdı.Yeni marşrut xəttinin açılması ilə artıq kənd sakinləri saat 1800-da da Naxçıvan şəhərindəki Avtovağzal kompleksindən mikroavtobusla yaşayış məntəqəsinə gedə bilirlər.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.02.2023 15:50