AZ EN RU

Kükü kənd məktəbində akademik Kamal Abdulla ilə görüş keçirilib

Mayın 23-də Şahbuz rayon Kükü kənd tam orta məktəbində Azərbaycan Dillər Universiteinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib. 

Görüşdə iştirak edən qonaqları salamlayan direktor Mais Məmmədov bu il 100 yaşı qeyd olunan Kükü kənd tam orta məktəbinin qədim ənənələrə sahib oduğunu, Şahbuzun ucqar dağ kəndi olmasına baxmayaraq burada yaşayan insanların elmə, təhsilə yüksək maraq göstərdiyini, kəndin yetirmələri arasında çox sayda tanınmış adamların oduğunun qeyd edib. Məktəbin son illərdəki uğurlarından da bəhs edən direktor qeyd edib ki, məzunlarının ali məktəblərə qəbul göstəriciləri ilə Kükü kənd məktəbi hər il təkcə Şahbuz rayonun üzrə deyil, həm də Naxçıvan Muxtar Respublikasının məktəbləri arasında ən yaxşı göstəricilərə malik olub. Məktəbin yetirmələri arasında ölkə və  muxtar respublika birinciləri, qızıl və gümüş medallılar, Prezident təqaüdçüləri vardır. Bir əsrlik tarixini və təhsildəki yüksək nəticələrini nəzərə alaraq Kükü kənd tam orta məktəbinin 100 illik yubileyinin keçirilməsinin təkcə məktəb üçün deyil, bütün kənd əhalisinin, ziyalıların bayramı olduğunu bildirən direktor bunun üçün muxtar respublika rəhbərliyinə kollektiv adından minnətdarlıq ifadə etmiş, bu yubiley ərəfəsində akademik Kamal Abdullanın məktəbə gəlişinin ikiqat sevinclə qarşılandığını qeyd etmişdir.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəb kollektivini və şagirdləri təbrik edərək son dövrlərdə Naxçıvanda təhsil sahəsində aparılan islahatların əhəmiyyətini vurğulamış, yubilyar məktəblərin tarixinin yenidən vərəqlənməsi üçün belə tədbirlərin əhəmiyyətini qeyd etmişdir. Yaşlı nəslin qiymətli tarixi-nostalji ənənələrinin yaşadılmasının təhsil üçün əhəmiyyətindən danışan nazir müavini Kükü kənd tam orta məktəbinin 100 illik yubileyinin keçirilməsinin əsasını buradakı insanların torpağına, elinə, müəllimlərinə bağlılığını və elmə-təhsilə olan marağının olduğunu qeyd edərək onları bir daha təbrik etmişdir.

Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev bu görüşün baş tutması üçün təşəbbüs etdiyinə görə tanınmış alimə təşəkkür edərək Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universitei arasında sıx əlaqələr olduğunu qeyd etmiş, bu ali təhsil ocağının rektoru ilə birgə yubliyar Kükü məktəbində olmaqdan məmnunluq ifadə etmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti arasında Kükü kənd məktəbinin yetirmələri olan 10-dan çox yüksək ixtisaslı, elmi dərəcəli kadrların da çalışdığını bildirən rektor yubiley münasibətilə bütün kükülüləri təbrik etmişdir. 

Yüz illik yubileyi ərəfəsində Kükü kənd məktəbində görüş keçiməkdə olduqca məmun qaldığıın ifadə edən akademik Kamal Abdulla pedaqoji kollektivə və şagirdlərə yubilyar olmaları münasibətilə ən səmimi təbriklərini çatdıraraq uzun illər əvvəl bu kəndlə bağlı, xatirələrindən danışıb, burada bir zamanlar çalışmış pedaqoqları, həmyaşıdları yada salıb. Məktəb kollektivinə bundan sonra da uğurlar arzu edən akademik, şagirdlərə müasir, güclü Azərbaycan Respublikasının layiqli vətəndaşı olmaq üçün elmin arxasınca getməyi, onların yolunda saç ağardan müəllimlərini heç zaman unutmamalarını ədəbi-poetik misallarla tövsiyə edib.

Sonda tanınmış alim hədiyyələrini məktəb kitabxanasına təqdim edib, xatirə şəkilləri çəkilib.

Əli CABBAROV

Nəşr edilib : 24.05.2024 11:58