AZ EN RU

Kuba Prezidenti son 22 ildə İrana ilk dəfə səfər edib

Kuba Prezidenti Migel Dias-Kanel son 22 il ərzində İrana ilk dəfə səfər edib.

 Tasnim agentliyinə istinadla xəbər verir ki, bu, 2001-ci ildə Fidel Kastronun səfərindən sonra Kuba Prezidentinin İslam Respublikasına ilk gəlişidir.

Tehranda Migel Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qarşılayıb. Tərəflər danışıqların nəticələri üzrə əməkdaşlıqla bağlı bir sıra saziş və memorandumlar imzalamağı planlaşdırırlar.

Nəşr edilib : 04.12.2023 11:46