AZ EN RU

KTMT: Ermənistan müttəfiqimiz olaraq qalır

Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır, İrəvan qarşısında bütün öhdəliklər qüvvədədir.

Bu fikri KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasından sonra səsləndirib. Ermənistan tərəfi iclasda iştirak etməyib.

Baş katibin sözlərinə görə, təşkilatda qalmaq və ya çıxmaq İrəvanın suveren hüququdur. O, həmçinin əlavə edib ki, KTMT-nin maliyyələşdirilməsindən imtina məsələsi barədə sual Ermənistana ünvanlanmalıdır.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan daxildir.

2024-cü ilin fevralında İrəvan KTMT-də iştirakının dondurulduğunu elan edib. Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, “KTMT təhlükəsizlik sahəsində Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək əvəzinə, əksinə, problemlər yaradır”. O, Ermənistanın təşkilatdan çıxmasını da istisna etməyib.

Nəşr edilib : 21.06.2024 12:11