AZ EN RU

Kross qaçışı üzrə şəhər birinciliyi

    Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan və qız atletləri arasında atletikanın 1 və 2 kilometr məsafəyə kross qaçışı üzrə şəhər birinciliyi keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 13 tam orta məktəbdən 52 qız və oğlan atlet iştirak edib.
    Yarışın yekun nəticəsinə əsasən 1 kilometr məsafədə qızlar arasında 14 nömrəli tam orta məktəbin şagirdi Aminə Novruzzadə, oğlanlar arasında 15 nömrəli tam orta məktəbin şagirdi Əliabbas Səfərov qalib adını qazanıblar. 2 kilometr məsafədə isə qızlar arasında 15 nomrəli tam orta məktəbin şagirdi Sevinc Əliyeva, oğlanlar arasında 8 nömrəli tam orta məktəbin şagirdi Əli Səfərli finiş xəttinə hamıdan tez çatıblar. 
    Sonda  hər məsafədə I, II və III yerləri tutan atletlər mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 23.09.2022 18:38