AZ EN RU

Kosovo Türkiyədəki zəlzələlərə görə birgünlük milli matəm elan edib

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar fevralın 8-i Kosovoda milli matəm elan olunub.

Bunu Kosovo Prezidenti Vyosa Osmani deyib.

“Bu kimi faciələr zamanı dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqlarının ağrısı bizim də ağrımızdır. Buna görə də fevralın 8-i Kosovoda milli matəm elan edilib. Kosovo lazımi dəstəyini davam etdirməyə tam hazırdır”, - deyə V.Osmani bildirib.

Kosovo həmçinin axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün təhlükəsizlik qüvvələrinin 30 nəfərlik heyətini Türkiyəyə göndərib.

Nəşr edilib : 08.02.2023 09:41