AZ EN RU

Korsika dilini məhv etmək istəyən kimlərdir?

Bastiya şəhərinin məhkəməsi Fransa Konstitusiyasına istinad edərək belə bir qərar çıxarıb ki, dövlət vəzifələrinin icrası zamanı istifadə edilməsinə icazə verilmiş yeganə dil fransız dilidir.

Həmin qərara görə, Korsika Assambleyasının debatlar üçün Korsika dilindən istifadə edilməsi barədə adət qaydası Konstitusiyaya ziddir və buna görə həmin qayda qadağan edilib. Xatırladaq ki, standart italyan dilinə yaxın olan Korsika dilinin təqribən 150 min daşıyıcısı var.

Yəqin ki, özlərini demokratik adlandıran müxtəlif ölkələrin dil azadlığı, mətbuat azadlığı və insan haqları barədə şüarlarının yalan olmasını anlamaq üçün bəzən onların konstitusiyalarını oxumaq lazımdır.

Məlum olur ki, Fransa Konstitusiyasında təsbit olunmuş bir maddəyə görə, dövlət vəzifələrinin icrası zamanı istifadə edilməsinə icazə verilmiş yeganə dil fransız dilidir. Əlbəttə, dövlət dilindən istifadə hüququnun dəqiqləşdirildiyi bütün ölkələrin konstitusiyalarında belə maddə var.

Lakin Fransa məhkəməsi faktiki olaraq Korsika xalqının mövcudluğunu böyük bir sual işarəsi altına alıb.

Maraqlıdır, indi Napoleon Bonapartı, hərbi və dövlət xadimləri Abbatuççilər ailəsini, Xristofor Kolumbu, müğənni Alize Jakoteni, fransalı model və aktirsa Letisiya Kastanı, fotoqraf Frederik Kresonu, müğənni və “Notr-Dam de Pari” müziklinin ulduzu, 1993-cü ildə “Eurovision” mahnı müsabiqəsində öz vətəninə həsr edilmiş “Mama Corsica” mahnısı ilə Fransanı təmsil etmiş Patrik Fyorini və digər məşhur korsikalıları hansı xalqa aid etməliyik?

Məhkəmənin bu qərarından sonra Korsika Millət Partiyasının lideri Jan-Kristof Anceleni öz tiviter səhifəsində həmin qərarı “ədalətsizlik və biabırçılıq” adlandıraraq yazıb: “bu qərar bizim üçün təhqir kimi səslənir”.

Fransanın mərkəzi hökuməti ilə Korsikanın münasibətləri gərgindir, çünki millətçi hərəkat artıq neçə onillikdir ki, bu adaya daha çox muxtariyyət və hətta tam müstəqillik verilməsini tələb edir.

Ötən ay Makron bəyan edib ki, Aralıq dənizində günəşli ada, bir çox ölkələrdən gələn turistlərin sevimli istirahət yeri olan Korsikanın statusunun dəyişdirilməsinə “tabu yoxdur”. Lakin Makron israr edir ki, Korsika Fransanın tərkib hissəsi kimi qalmalıdır. Makronun sözlərini şərti olaraq, necə deyərlər, normal dilə tərcümə etsək, təxminən belə səslənər: “Siz yaxşı oğlanlarsınız, amma məhkəmənin qərarına əsasən siz heç kimsiniz”.

Fransa onun anladığı mənada düzgün yaşamağı başqalarına çox asanlıqla öyrədir, lakin öz evində işlərin kələfini itirib, başqa ölkələrdə Parisə muxtariyyət verilməsi barədə çoxlu bəyanatlar səsləndirir. Dünya arenasında müxtəlif qrupların hüquqları barədə oyunbazlıq etmək bu ölkədən olan müxtəlif siyasətçilərin əsas məşğuliyyətlərindən birinə çevrilib.

UNESCO-nun fikrincə, Korsika dili yox olmaq təhlükəsi qarşısındadır. Maraqlıdır, bu dilin yox olması kimə sərfəlidir?

Nəşr edilib : 13.03.2023 21:32