AZ EN RU

Könüllülərimiz "Təbiəti birgə qoruyaq!" deyir

Bu şüarla Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə Şahbuz rayon Qızıl Qışlaq kəndi yaxınlığındakı "Qara Qaya" meşəsində təmizlik aksiyası keçirilib. Aksiyada "Yaşıl dünya könüllüləri" qrupu və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təmin olunan iştirakçıları meşə ərazisindən tullantıları toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.

Nəşr edilib : 30.03.2024 23:06