AZ EN RU

Könüllü gömrükçülər Şahtaxtı gömrük postunda olublar

Naxçıvan Baş Gömrük İdarəsinin sturuktur bölmələrinə təhkim olunan “Könüllü gömrükçü” dəstəsinin üzvləri Şahtaxtı gömrük postunda olublar. Könüllü gömrükçülərimiz gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarəti, onun mərhələləri, sərhəd buraxılış məntəqələrində gömrük işinin təşkili barədə onları maraqlanlandıran suallara cavab tapmaq şansı əldə edib, gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əldə olunan uğurların əhəmiyyəti, bu işdə xüsusi ilə sərhəd buraxılış məntəqələrində xidmət edən gömrük əməkdaşlarının rolu barədə məlumatlandırılıblar.
Könüllü gömrükçülərimizə fəaliyyətlərinin davamında uğurlar arzulayırıq. 

Nəşr edilib : 10.08.2023 17:55