AZ EN RU

Könüllü gənclər üçün ekskursiya təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər Fondu 2 fevral- Gənclər Günü ilə əlaqədar könüllü gənclərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz ərazisinə ekskursiyasını təşkil ediblər.
Bu münasibətilə təbrik edilən gənclər əvvəlcə Milli Parkın muzey fondu ilə tanış olublar. daha sonra Batabat yaylağına yürüş ediblər.
Maraqlı keçən ekskursiyanın sonunda gənclərə çay süfrəsi təşkil olunub.

Nəşr edilib : 02.02.2024 14:47