AZ EN RU

Konsertdən sonra müğənni Ayaz Babayev təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşüb

Konsertdən sonra müğənni Ayaz Babayev təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşüb: – Bu gün Naxçıvanda  baş tutan konsertimiz çox gözəl aura bəxş etdi. İnsanların bizə olan sevgisi və yüksək enerjisi sayəsində konsertimiz  əyləncəli oldu.   Çalışdım ki,  səsləndirdiyim  ifalarla və komanda olaraq göstərdiyimiz rəqslərlə  insanlarda  xoş ovqat yaradaq.  Xüsusilə gənclər bizi böyük sevinc və coşqu ilə qarşıladı. Qeyd edim ki, neçə müddətdi gözlənilən bu konsertin təşkilatçılığı da yüksək səviyyədə həyata keçirildi. Solo konsertdə sevənlərimizə hit mahnılarımla yanaşı, işıq üzü görməyən 6 yeni mahnımı da ilk dəfə təqdim etdim. Konsert proqramımızı çox yaxşı təəssüratlarla yekunlaşdırdıq. Bu gecə  burada mənimlə bərabər  mahnılarımı  sevərək səsləndirən naxçıvanlılara  qucaq dolusu sevgilərimi çatdırıram. İnanıram ki, Naxçıvanda sevənlərimizlə yenidən görüşəcəyik.

Nəşr edilib : 20.04.2024 23:15