AZ EN RU

Konfrans keçirilib

    Naxçıvan Dövlət Universitetində 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılmış elmi-tədqiqat işlərinin başlanğıc konfransı keçirilib. Əvvəlcə universitetin Elm və innovasiyalar bölməsinin baş elmi işçisi Türkan Quliyevanın fərdi rəsm sərgisinə baxış olub. Universitetin rektoru Elbrus İsayev konfransı açıq elan edərək  Tələbə Elmi Cəmiyyəti üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə cəlb olunmasını yüksək qiymətləndirib.
    “Təhsil alanların elmi-tədqiqat fəaliyyətlərinin planlanması” mövzusunda universitetin Elm və innovasiyalar bölməsinin müdiri, təhsilin idarə olunması, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov çıxış edib.
    Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Təbrizə Bağırova çıxışı zamanı 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən işlərin vəziyyəti və cəmiyyətin hədəfləri haqqında məlumat verib.
    Sonda Rəngkarlıq ixtisası üzrə              I kurs tələbəsi Aidə İbrahimovanın, Biologiya müəllimliyi ixtisası üzrə              II kurs tələbəsi Aydan Məhərrəmlinin Tələbə Elmi Cəmiyyətinin xətti ilə işlədikləri elmi-tədqiqat mövzuları dinlənilib. 
    Qeyd edək ki, Aydan Məhərrəmlinin elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 20.04.2022 18:39