AZ EN RU

Kommunal təyinatlı texnikalar alınacaq

Naxçıvanda məişət tullantılarının vaxtlı-vaxtında ərazidən təmizlənməsi məqsədilə mütəmadi olaraq texniki-təminat işləri həyata keçirilir. Bu istiqamətdə fəaliyyətin daha da yaxşılaşdırılması üçün kommunal təyinatlı texnikaların alınması nəzərdə tutulur.  Bunun üçün ötən il oktyabrın 30-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 30-da müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumat görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “ÇƏRKƏZOĞLU” MMC ilə ötən il dekabrın 21-də satınalma müqaviləsi imzalanıb. Sözügedən texniki-təminat işlərinin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 1.300.000,0 manat vəsaitin 1.221.890,0 manatı Azərbaycan Respublikası Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 78.110,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.01.2024 20:00