AZ EN RU

Komitə tərəfindən uşaqların maarifləndirilməsi davam etdirilir

Mayın 10-da  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekosistem və uşaqlar” mövzusunda tədbir keçirilib.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə şagirdlər, müəllimlər, psixoloq və sinif rəhbərləri iştirak ediblər.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Təhminə Mustafayeva, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov çıxış edərək Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, tədbirin məqsədi ətraf mühitin mühafizəsi və təbii resurslara qənaətlə bağlı uşaqların məlumatlılıq səviyyəsini artırmaqdır.
Təqdimatla çıxış edən Komitənin şöbə müdiri Gülər Əhmədova uşaqlara ətraf mühitin çirklənməsinin, çirkli havanın və suyun insan orqanizminə zərərindən və yaşıllıqların qorunmasının əhəmiyyətindən danışıb. 
Diskussiya şəraitində keçən tədbirdə uşaqlar ətraf mühitin təmiz saxlanması üçün öz fikir və təkliflərini bildiriblər.
Tədbirin sonunda iştirakçılara 40 ədəd broşür paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.05.2024 22:09