AZ EN RU

Komitə tərəfindən növbəti maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda ekosistemin idarə edilməsində qadınların rolundan danışılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qadınların iştirakı ilə ekosistemin idarə edilməsi” mövzusunda keçirilən tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirin əhəmiyyətini qeyd edib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə qadınların verdiyi töhfələr vurğulanıb. 
Komitənin aparıcı məsləhətçisi Yaqut Abbaszadə təqdimatla çıxış edərək bildirib ki, iqlim dəyişmələri və bununla əlaqədar hava şəraitinin kəskin dəyişməsi halları kişilərlə müqayisədə qadınlara qeyri-mütənasib təsir edir. Buna görə də bir çox ölkələrdə qadınlar iqlim dəyişmələrinə qarşı yumşaldıcı və uyğunlaşma tədbirlərinə qiymətli töhfə verən bələdçilər kimi tanınırlar. Ölkəmizdə də ekoloji tərbiyənin əsası ailədə qoyulduğundan bu vəzifənin öhdəlikləri valideynlərin üzərinə düşür. Ona görə də əbəs yerə demirlər ki, ekoloji düşüncə ailədən başlayır.  
Çıxışların ardından mövzu ilə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 14.05.2024 10:25