AZ EN RU

Kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 
Açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova Azərbaycanın hər bir bölgəsində keçirilən prezident seçkisini ölkəmizin siyasi tarixində, həmçinin beynəlxalq aləmdə əlamətdar hadisə kimi qiymətləndirib, eyni zamanda Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ailə, qadın və uşaq hüquqları istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Zəfərdən sonra keçirilən ilk prezident seçkisi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı bayram ab-havası yaşandığını bildirib.  
Komitənin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva,  Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva,  Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov çıxış ediblər 
Məruzələrdən sonra müzakirə aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.

Nəşr edilib : 09.02.2024 20:16