AZ EN RU

KOBİA sədri Naxçıvanda polietilen tərkibli məhsulların istehsalı müəssisəsində olub

Naxçıvan Muxtar Respublikasında səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov polietilen tərkibli məhsulların istehsalı müəssisəsində olub.

KOBİA-dan bildirilib ki, sahibkarlarla istehsalın genişləndirilməsinə və ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "NAXPLAST" MMC-yə məxsus müəssisə 2021-ci ildən fəaliyyət göstərir. Burada 20-dən çox işçi çalışır. Müəssisədə əsasən polietilen tərkibli məhsullar istehsal edilir.

Nəşr edilib : 08.09.2023 15:40