AZ EN RU

KOBİA: 65 kənd qonaq evi yaradılıb

Artıq üçüncü ildir “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində kənd qonaq evləri yaradılır. 2021-ci ildən icrasına başlanılan layihə KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Turizm biznesi: mövcud vəziyyət və perspektivlər" mövzusunda ictimai müzakirədə deyib.

O bildirib ki, layihə çərçivəsində bir sıra rayonlarda kənd qonaq evləri yaradılıb, müvafiq avadanlıqlarla təmin edilib və təlimlər təşkil olunub. Ümumilikdə 65 kənd qonaq evi yaradılıb və bu, davam edir. Bu layihə üçün ərazilər ilkin olaraq turizm potensialının daha yüksək olması prinsipi ilə növbəlilik əsasında seçilir. Artıq Dağlıq Şirvan, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz regionlarında layihənin icrası təmin olunub. Növbəti mərhələdə layihənin qərb rayonlarında həyata keçirilməsi nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, KOBİA turizmin ölkəmizdə inkişaf etdirilməsi, o cümlədən bölgələrdə - şəhər və kəndlərdə turistləri cəlb edə biləcək fəaliyyətlərin yaradılması və dəstəklənməsi üçün sahib olduğu bütün mexanizm və vasitələrdən fəal və səmərəli şəkildə istifadə edir.

Nəşr edilib : 20.04.2023 11:19