AZ EN RU

Klublararası yoldaşlıq görüşü kecirilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş karate-do üzrə klublararası yoldaşlıq görüşü keçirilib. Açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Görüşün keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini yad etmək və karate-do idman növünə maraq artırmaqdan ibarət olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova və polkovnik-leytenant Elgiz Alməmmədov çıxış edərək yoldaşlıq görüşünün keçirilmə məqsədi, yarışın baş hakimi Tariyel Bağırov isə yarışın qaydaları haqqında danışıblar. 9 yaş qrupunda 15 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib. Yekun nəticəyə görə oğlanlar arasında  5 yaş qrupunda Yusuf Məmmədli 20 kq, 6-7 yaş qrupunda Yusif Orucov -25 kq,  8-9 yaş qrupunda Elşən Teymurzadə -25 kq, Murad Abdullazadə -30 kq, Xəyyam Məmmədov -35 kq,  10-11 yaş qrupunda Kənan Əlizadə -30 kq, Nizami Orucov -35 kq, 12-13 yaş qrupunda Samir Əsgərov -40 kq, Elton Həsənov -45 kq, qızlar arasında 6-7 yaş qrupunda Aysu Abbasova -25 kq, 8-9 yaş qrupunda Ayan Alməmmədova -30 kq, Nuray Zeynallı -35 kq, Mehriban Xələfli 45 kq, 10-11 yaş qrupunda Fatimə Bağırzadə -35 kq və 12-13 yaş qrupunda Gülər Hüseynova bütün görüşləri qalib kimi başa vuraraq I yerə layiq görülüblər. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara diplom və medallar təqdim edilib.    
Gənclər və İdman İdarəsinin təşkil etdiyi 28 oktyabr 2023-cü il tarixdə reallaşan görüşdə 58 nəfər idmançı iştirak edib.

Nəşr edilib : 30.10.2023 14:41