AZ EN RU

KİV: Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək

Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti görüş iyulun 2-də keçiriləcək.

Bu barədə məlumatı “Novosti Armenii” yayıb.

Bildirilib ki, görüşün Türkiyə-Ermənistan sərhədində “Marqara” Nəzarət Buraxılış Məntəqəsində keçirilməsi gözlənilir.

Qeyd edək ki, iyunun 11-də Türkiyə-Ermənistan normallaşma prosesi üzrə danışıqlar aparan nümayəndə heyətinə Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc, Ermənistana təmsilçilərinə isə ölkə parlamenti sədrinin müavini Ruben Rubinyan başçılıq edir.

Görüşün təşkili ilə bağlı rəsmi məlumat yayılmayıb.

Nəşr edilib : 01.07.2024 15:40