AZ EN RU

KİV: Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfərə dəvətini qəbul edib.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “NTV” telekanalında canlı yayımda Rusiya-Ukrayna gərginliyinə münasibət bildirərək münaqişənin həm tərəflər, həm də region üçün arzuedilməz olduğunu bildirib. Türkiyə dövlətinin başçısı diqqətə çatdırıb ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyi aradan qaldırmaq üçün vasitəçilik etməkdə qərarlıdır. Bunun üçün Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə səfərə dəvət edir.

Nəşr edilib : 27.01.2022 16:24