AZ EN RU

“Kitabı sevin” adlı kitab sərgisi təşkil edilib

    Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası məktəblilərin yay tətili günlərinin səmərəli təşkili məqsədilə hər il ənənəvi olaraq Naxçıvan şəhərindəki park və meydanlarda, həmçinin əhalinin sıx yaşadığı məhəllələrdə kitab sərgiləri və kitab müzakirələri təşkil edir. Kitabxanaçılar bu müddətdə məhdud fiziki imkanlı uşaqların da ailələrində tez-tez olur, uşaqlara maraqlı nağıllar, hekayə və şeirlər oxuyur, onlara kitab və jurnallar hədiyyə edirlər. Belə tədbirlər 2022-ci ilin iyul ayından başlayaraq davam etməkdədir. Bu günədək kitabxanaçılar şəhərin Heydər Əliyev prospektində, Qoçüstü, Çənlibel, Babək məhəllələrində və “İstiqlal” küçəsində “Kitabı sevin” adlı səyyar kitab sərgi və müzakirələri keçirir. Sərgidə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan əsərlər, həmçinin Azərbaycan və dünya xalq nağıl və dastanları, yeni çapdan çıxmış roman və povestlər, xüsusilə uşaq ədəbiyyatına dair 500-dən çox kitab nümayiş etdirilir. Tədbir çərçivəsində 18 yeni kitabın müzakirəsi də təşkil olunub.
    Sərgilərdə, ümumilikdə, 1000 nəfərdən artıq məktəbli və məhəllə sakini iştirak edib.
    Kitabxananın tərtib etdiyi Tədbirlər Planına uyğun olaraq sərgilərin təşkili sentyabr ayının 15-dək davam etdiriləcəkdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.08.2022 20:06