AZ EN RU

Kitab festivalında 685 vətəndaşa səhiyyə xidməti göstərilib

8-11 may tarixlərində Naxçıvanda keçirilən “BOOKFEST” kitab festivalında vətəndaşlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi pulsuz aksiyada da fəal şəkildə iştirak ediblər.

Səhiyyə Nazirliyi pulsuz aksiyada həyata keçirilən müayinələrin statistikasını açıqlayıb. Statistikaya görə, infeksiyalara qarşı 228, şəkərə görə 230 nəfər nəfərdən qan nümunəsi götürülüb, 189 nəfər göz müayinəsindən keçib. Təcili yardım üçün müraciət edənlərin sayı isə 38 nəfər təşkil edib.  

Nəşr edilib : 13.05.2024 11:09