AZ EN RU

Kinoviktorina keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin qış tətili müddətində asudə vaxtlarının düzgün təşkili diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2022-2023-cü tədris ili üçün Tədbirlər Planı” na əsasən institutun və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun bir qrup tələbəsi arasında “Bu kino ki var...” adlı kinoviktorina keçirilmişdir.
   Kinoviktorinada Naxçıvan Müəllimlər İnstitutunun tələbələrindən ibarət 8 komanda iştirak etmişdir. Kinoviktorinanın keçirilməsində məqsəd tələbələrin kino biliyinin yoxlanması, milli kinonun təbliğidir.
    Viktorinada ən yüksək bal toplayan “Buta” komandası I, “Simnar” komandası II, “Karvan” komandası isə III yerə layiq görülərək diplomlarla təltif olunmuşlar.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 15.02.2023 21:31