AZ EN RU

Kimya-Biologiya Təmayüllü Liseyə qəbul imtahanı keçirilib

    Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya Təmayüllü Liseyinə keçirilən qəbul imtahanında ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. 15 sinifdə aparılan qəbul imtahanı 58 müəllimin nəzarəti altında keçirilib. 3 saat davam edən imtahanda şagirdlərə Azərbaycan dili 15, riyaziyyat 15, ingilis dili 30, kimya 10, biologiya 10, fizika 10, tarix və coğrafiya fənlərindən isə hər biri 5 sual olmaqla, ümumilikdə, 100 sual təqdim olunub. Qəbul imtahanında ən yüksək nəticə göstərən 30 qız və 30 oğlan olmaqla, 60 şagird liseydə təhsil almaq şansı əldə edəcək, nəticələr 3 iş günü ərzində açıqlanacaq.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 26.07.2023 18:36