AZ EN RU

Kikboksçumuz Türkiyədə uğur qazanıb

Qardaş ölkədə Öncül Fight Club tərəfindən “Kikboks Gala” adlı peşəkar döyüş gecəsi təşkil olunub. İstanbul şəhərindəki Mehmet Öcalan İdman Komleksində reallaşan yarışmada Naxçıvan Kikboksinq Federasiyasının idmançısı, “Ləvənt” Döyüş Klubunun üzvü Nəsimi Hüseynov gənclərin mübarizəsində qüvvəsini sınayıb. Kikboksçu türkiyəli Paşahan Demirkıyıkla üz-üzə gəlib. Tərəflər arasında hər biri 2 dəqiqədən ibarət 3 raundluq döyüş izlənilib. Yekunda rəqibini 3:0 hesabı ilə üstələyən Nəsimi Hüseynov gecənin qaliblərindən olub.

İdmançını Naxçıvan şəhərində klubu və yaxınları qələbə sədaları ilə qarşılayıblar. Əlavə edək ki, idmançı iyunun 17-də kikboks üzrə Azərbaycan birinciliyində də iştirak edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.06.2024 09:10