AZ EN RU

“Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi təbəqədən olan uşaqlarla “Kiçik ürəkdə böyük cəsarət!” şüarı altında görüş keçirilib. Görüşdə səhiyyə naziri Samiq Sadıxov uşaqlara bayram təbriklərini, xoş arzularını çatdırıb, onlarla səmimi söhbət edib, suallarını cavablandırıb. Balacalara üzərində “Kiçik ürəkdə böyük cəsarət!” şüarı əks olunan həkim xalatları hədiyyə olunub, təşəkkürnamələr təqdim edilib.

Sonra balacalar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Oftalmologiya və Fizioterapiya şöbələrində olub, müayinə, müalicə cihazlarının işləmə mexanizmi ilə maraqlanıb, iş prosedurunu praktiki yerinə yetiriblər. Xəstəxananın önündə sülh quşu göyərçinlər havaya buraxıblar. Tədbir çərçivəsində uşaqlar İstirahət və Əyləncə Mərkəzində müxtəlif əyləncəli oyunlar oynayıb, süfrə arxasında asudə vaxtlarını səmərəli keçiriblər.

Sonda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi təbəqədən olan uşaqlara hədiyyələr təqdim olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.05.2024 17:15