AZ EN RU

Keyfiyyətli orqanik məhsullardan dadmaq istəyirsinizsə meyvəçilik sektorunda yeni marka – “APF Aqro” MMC-yə müraciət edin

Aqrar sahədə zəngin təcrübəyə malik “APF” Şirkətlər Qrupu Naxçıvan məhsullarının istehsal və ixrac potensialının, xarici bazara çıxış imkanlarının artırılması istiqamətində fəaliyyət göstərir. İşlər şirkətlər qrupunun aqrar sektorundakı təmsilçisi “APF Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə həyata keçirilir.  Cəmiyyətin fəaliyyət radiusu Babək rayonunun Nehrəm qəsəbəsinə 12 kilometr məsafədə yerləşən, xam və münbit torpaqlarda, əkinqabağı tədqiqatların aparıldığı, keyfiyyətli su mənbələrinin təmin və ehtiyatların təşkil olunduğu əkin sahələrini əhatə edir. 
    Bağda ən məşhur alma və üzüm sortları yetişdirilir. Meteorologiya stansiyası və fərqli torpaq dərinliklərinə yerləşdirilmiş nəm sensorları ilə bağ və bağçalar 24 saat bütün iqlim göstəriciləri baxımından nəzarətdə saxlanılır. Ağac əkininin əsasını ənənəvi texnologiya təşkil edir, bunun da nəticəsində hər sort öz dadını və kommersiya keyfiyyətlərini tam üzə çıxarır. Bu amillər məhsuldarlığın müntəzəm şəkildə yüksəlməsinə səbəb olur. Sort seçimində amerikan tənək ana kökləri üzərində calaq edilmiş 10 fərqli tez, orta mövsüm və gec məhsul verən keyfiyyətli süfrə və kişmiş üzümü sortlarına üstünlük verilib. Ən məşhur alma sortlarından “Pink Lady”, “Golden Reinders”, “Granny Smith Challanger”, “Fuji Kiku”, “Galaval Gala”, “Golden Delicious”, üzüm sortlarından “Red Globe”, “Victoria”, “Crimson seedless”, “Black Magic”, “Michele Palieri”, “Sultanina”, “Cardinal”, “Prima”, “White Seedless Grape” və “Black Seedless Grape” yetişdirilir. Müasir üsullarla yetişdirilən “Sultani” çəyirdəksiz, ağ kişmiş, qara kişmiş kimi keyfiyyətli üzüm sortları da müasir qablaşdırma ilə bazara təqdim etmək üçün nəzərdə tutulur. Müasir kənd təsərrüfatının zəruri ehtiyacı olaraq üzüm və almada hava proqnozu, xəstəlik modelləri və suvarma üsulu sistemləri istifadə edilməkdədir. 
    Bağın vəziyyətini, meyvələrin yetişməsini izləmək, xəstǝlikləri vaxtında müalicə etmək qarşıda duran əsas məsələlərdəndir. Ərazidəki çeşidləmə sexi və irihəcmli soyuducu kompleksindən ibarət meyvə saxlama anbarının əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Türkiyə istehsalı olan soyuducu kamera meyvələrin uzun müddət saxlanmasını təmin edir. Meyvənin təhlükəsiz saxlanması üçün innovativ texnologiyalardan istifadə olunur, təravətini və şirəliliyini qorumaq üçün isə bütün mərhələlərdə saxlama prosesi idarə edilir. Soyuducu kameralara nəzarət avtomatlaşdırılıb və meyvələrdə baş verən bütün proseslərə gecə-gündüz nəzarət edilir. Dünya kişmiş istehlakındakı tələbat nəzərə alınaraq qurutma kamerası da quraşdırılıb. 
    “APF” Şirkətlər Qrupu muxtar respublikada əhalinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatının ödənilməsi, müasir tikinti infrastrukturlarının yaradılması va xarici bazara çıxış imkanlarının artırılması yönündə fəaliyyət göstərən sahibkarlıq subyekti kimi iqtisadi inkişafa, əhalinin məşğulluğuna öz töhfəsini verməkdən böyük məmnunluq duyur, təmsil olunduğu sahələrdə faydalılıq, keyfiyyət prinsipini əsas tutur.

 Nail ƏSGƏROV

Nəşr edilib : 01.12.2023 22:00