AZ EN RU

Kəngərlidə yaz əkinləri üçün 111 hektar sahədə şum aparılıb

Əkinçilik Kəngərli rayonunun kənd təsərrüfatında mühüm yer tutur. Əlverişli hava şəraitindən istifadə edən əkinçilər yaz əkinlərini də optimal müddətdə başa çatdırmağa çalışırlar.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu günədək 111 hektarda şum qaldırılıb, 98 hektar sahədə yazlıq əkinlər keçirilib. Bunun da 12 hektarını yazlıq arpa, 1 hektarını kartof, 5 hektarını qarğıdalı, 3 hektarını soğan, 1 hektarını sarımsaq, 3 hektarını paxlalılar, 73 hektarını isə çoxillik yem bitkiləri təşkil edir.

Qeyd edək ki, rayonda cari ilin məhsulu üçün 3 min 756 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bunun 2 min 60 hektarı buğda, 1696 hektarı isə arpadır.

Xəbərlər Şöbəsi

Nəşr edilib : 07.04.2023 17:05