AZ EN RU

Kəngərlidə maşın yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayon Qıvraq qəsəbəsində "Hundai H100" markalı yük avtomobili yaranan texniki nasazlıq səbəbindən idarəetməni itirərək yol kənarına aşması barədə məlumat daxil olub. 
Dərhal hadisə yerinə Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
Qəza nəticədə yanğın hadisəsi baş vermiş və avtomobil tamamilə yanmışdır. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan yoxdu.

Nəşr edilib : 18.10.2023 15:46