AZ EN RU

Kəngərli rayonunun Xok kəndində vətəndaşlarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Kəngərli rayonunun Xok kənd  İcra Nümayəndəliyinin inzibati binasında qəsəbə sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Kəngərli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Məmmədov görüşün əhəmiyyətindən bəhs edib.

Görüşdə komitə sədri Ramilə Seyidova kənd sakinlərini salamlayıb, bildirib ki, artıq bu il ərzində  ikinci dəfədir ki, komitə tərəfindən muxtar respublikanın əhali cəhətdən böyük kəndlərində vətəndaş qəbulu həyata keçirilir.

Görüşdə 17 nəfər kənd sakininin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən ailə məsələsi, mülk məsələsi, işlə təmin olunma, peşə kursuna cəlb olunma, ünvanlı dövlət sosial yardımın təyin edilməsinə köməklik göstərilməsi, qış geyiminin verilməsi, məktəbli formasının verilməsi, övladının məktəbə yerləşdirilməsinə köməklik, özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilib, komitənin səlahiyyət dairəsinə aid  müraciətlər yerindəcə həll olunub və digər məsələlərin isə aid orqanlar qarşısında vəsatət qaldırılması ilə əlaqədar qeydiyyatı aparılıb və  qəbulda iştirak edən Xok kənd sakini Məclumov Ədalət Adil oğlunun evinə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 19.01.2024 19:02