AZ EN RU

Kəngərli rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov 2 fevral tarixində  Kəngərli rayonunda vətəndaşları qəbul edəcək. 

Kəngərli rayon sakinləri 1 fevral (saat 18:00-dək) tarixinədək 051 727 69 69 “WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər. 
 
Qeyd edək ki, vətəndaş qəbulu saat 15:00-dan 18:00-dək  Kəngərli Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.

Nəşr edilib : 29.01.2024 14:12