AZ EN RU

Kəngərli rayonunda internetin keyfiyyətinin yüksəldilməsiməqsədilə yeni avadanlıqlar quraşdırılmışdır

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsiistiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə Naxçıvan şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd48 portlu (10 GB)Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converterqoşulub.Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən avtomat telefon stansiyalarında zəruri texniki tədbirlər həyata keçirilib. Yeni quraşdırılan avadanlıqlar vasitəsilə rayon mərkəzində və kəndlərdə internetin sürətinin artmasına zəmin yaranacaqdır.

Məlumat üçün bildirilir ki, mühəndislər tərəfindən Kəngərli rayonundainternet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə telekommunikasiya sahəsində istifadə olunan müasir ölçmə cihazları vasitəsiləmonitorinqlər davam edir.

 

Naxçıvan Muxtar Respublikası

           Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

  mətbuat xidməti

Nəşr edilib : 05.03.2023 11:31