AZ EN RU

Kəngərli rayonunda ATS NGN texnologiyası əsasında yenidən qurulub

    Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir­liyi tərəfindən abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Kəngərli rayonunun Xok kəndində NGN tipli yeni Avtomat Telefon Stansiyası quraşdırılıb. Bu layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına nazirliyin və tabeli qurumların mütəxəssisləri ilə birgə həyata keçirilib. Belə ki, nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 928 nömrətutumlu yeni ATS üzərinə köçürülüb. Bu sistem xidmətlər spektrini genişləndirməyə və müasirləşdirməyə imkan yaradacaq. Həmçinin NGN texnologiyası vasitəsilə istifadəçilər İP-TV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.11.2023 18:10