AZ EN RU

Kəngərli rayonunda ATS NGN texnologiyası əsasında yenidən qurulub

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Kəngərli rayonunun Xok kəndində NGN tipli yeni Avtomat Telefon Stansiyası quraşdırılıb. Bu layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına Nazirliyin və tabeli qurumların mütəxəssislərilə birgə həyata keçirilib. Belə ki, Nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 928 nömrətutumlu yeni ATS üzərinə köçürülüb.

Bu sistem xidmətlər spektrini genişləndirməyə və müasirləşdirməyə imkan yaradacaq. Həmçinin, NGN texnologiyası vasitəsilə istifadçilər İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə edə bilərlər.

                                                          Naxçıvan Muxtar Respublikası

                                                                         Rəqəmsal İnkişaf və Nəqliyyat

                                          Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.11.2023 10:11