AZ EN RU

Kəngərli rayonunda “Açıq qapı” günü keçirilib

Fevralın 03-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Kəngərli Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların daha çox müraciət etdiyi ədliyyə fəaliyyəti ilə bağlı  hüquqi yardımların göstərilməsi, onların maarifləndirilməsi, problemlərinin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsi məqsədilə növbəti “Açıq qapı” günü keçirilib.

Nazirliyin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilərək onlara qanunamüvafiq məsləhətlər verilib, həlli mümkün olan məsələlərə dəstək göstərilib.

Növbəti “Açıq qapı” günlərinin keçiriləcəyi bölgəmiz barədə nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir. 

        Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.02.2023 17:38