AZ EN RU

Kəngərli rayonunda 20 Yanvar-Ümumxalq Hüzn Günü yad edilib

20 Yanvar - Ümumxalq Hüzn Günü 
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Kəngərli rayonunda şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzülərək şəhidlərin müqəddəs xatirəsi yad edilib. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Nəşr edilib : 20.01.2024 10:37